4 nəfər Azərbaycan vətəndaşı Ermənistanın paytaxtı İrəvandakı supermarketlərin birində alış-veriş edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Ermənistanın aparıcı xəbər portallarından biri olan “antifake.am” sayıtı yayıb.
Ermənistanın tanınmış QHT təmsilçilərindən olan Narek Samsonyan sosial şəbəkə hesabında yazıb ki, İrəvanın Komitas prospektindəki "Yerjan City" supermarketində alış-veriş edən azərbaycanlıları Müdafiə Nazirliyinin və xüsusi xidmət orqanlarının işçiləri müşayiət edirlər. Samosyan yazıb ki, supermarketin içi və ətrafındakı əraziyə təxminən on işçi tərəfindən ciddi şəkildə nəzarət edilir.