İndoneziyada zəlzələ baş verib - 10 nəfər ölüb, 600-dən çox yaralı var


İndoneziyanın Qərbi Sulavesi vilayətində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 10 nəfər ölüb, 637 nəfər yaralanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisəni Meteorologiya, İqlim və Geofizika İnstitutu (BMKG) da təsdiqləyib.
Zəlzələ, Majene şəhərindən 6 kilometr şimal-şərqdə, yerin 10 kilometr dərinliyində baş verib. Bəzi binalarda çöküntü olub.
Qərbi Sulavesi Əyalətinin hökumət sözçüsü Safaruddin Sanusi, verdiyi açıqlamada bildirib ki, səlahiyyətlilər telekommunikasiya şəbəkələrini yenidən qurmalı və bir çox zədələnmiş körpüləri təmir etməlidir. Eyni zamanda o, zərər çəkmişlər üçün çadırlar, zəruri ərzaq məhsulları və tibbi ləvazimatlar təmin edilməli olduğunu bildirib.
Qeyd edək ki, BMKG-nin rəhbəri Dvikorita Karnavati zəlzələdən sonra keçirdiyi iclasda axtarış və xilasetmə işlərinin davam etdirildiyini bildirib. Səlahiyyətlilər sunami təhlükəsi ilə bağlı heç bir məlumat verməyib, ancaq ardıcıl güclü təkanların ola biləcəyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top