Anna Hakopyan və qızları Moskvadakı restoranda əyləncə gecəsinə qatılıb - VİDEO


Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyan və qızları Moskvadakı “Hayat” oteldə fəaliyyət göstərən “Puşkin” restoranında “Köhnə Yeni il bayramı”nı qeyd ediblər.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Anna Hakopyan və qızları dünən axşam Moskvaya gedib.
Bildirilir ki, Anna Hakopyan və qızlarını Ermənistanın Rusiyadakı səfirliyinin əməkdaşları və çoxlu sayda mühafizəçi müşahidə edir.
Həmçinin bildirilir ki, Anna Hakopyanın “Köhnə Yeni il bayramı”nı qeyd etdiyi “Puşkin” restoranı Moskvanın ən elit əyləncə mərkəzlərindən biri hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top