"Vətən uğrunda" medalı ilə təltif olunan - şəhid leytenant Elnur Qarayev


İşğal altında olan torpaqlarımızın azad olunması üçün başlayan Vətən Müharibəsi vaxtı döyüşərək, qəhrəmancasına şəhid olanlardan biri də Elnur Qarayevdir. 
Yeniavaz.com
xəbər verir ki, Qarayev Elnur Qalib oğlu Azərbaycan Silahlı Qüvvələrinin tərkibində leytenant rütbəsində düşmənə qarşı döyüşüb. 
O, 13 noyabr 1996-cı ildə Şirvan şəhərində anadan olub. Orta təhsilini böyüyüb boya-başa çatdığı Şirvan şəhərində yerləşən S. Hüseynov adına 1 nömrəli tam orta məktəbində alıb. Evli olub, 6 aylıq qız övladı var. 
Elnur İkinci Qarabağ Müharibəsi başlamadan əvvəl könüllü olaraq ordu sıralarına yazılıb. Müharibə başladıqdan sonra çağırışla cəbhəyə yollanıb. Xocavənd istiqamətində döyüşüb. 
Noyabrın 2-si ermənilər tərəfindən mühasirəyə alınıb. Düşmənlərə əsir düşməmək üçün 4 erməni əsgərini qumbara ilə partladıb. Arxa tərəfdən gələn ermənilər tərəfindən hədəf alınaraq Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra Prezident İlham Əliyevin əmri ilə Elnur Qarayev, “Vətən Uğrunda” medalı ilə təltif olunub.

DİGƏR XƏBƏRLƏR

Top