Fəxrəddin Qoca peyvəndə dəvət etdi


Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məclisdə təmsil olunan bütün partiyaların siyasi liderlərini və konstitusiya məhkəməsinin sədrini peyvənd vurdurmağa təşviq edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib:
“Prezidentimizin başlatdığı peyvəndə təşviq proqramı çərçivəsində parlamentdə təmsil olunan bütün siyasi partiyaların sədrlərini, konstitusiya məhkəməmizin sədrini peyvənd olunmağa dəvət etdim. Dəvətimə nəzakətlə yanaşdıqları üçün onlara təşəkkür edirəm”.

DİGƏR XƏBƏRLƏR

Top