"Peyvəndləmə qərarından sonra şadlıq evlərinə zənglərin ardı-arası kəsilmir" - VİDEO


Ölkədə bu ayın sonundan etibarən kütləvi peyvəndləmənin başlayacağı xəbəri 10 aydır toy etmək arzusunda olanların üzünü güldürüb. Artıq toy sahibləri şadlıq evlərində növbəyə yazılıblar. Şadlıq evləri işlədən şəxlər deyirlər ki, mart ayından etibarən sifarişlərin qabaqcadan qəbuluna başlayıblar. Bəs toy qiymətləri koronavirusdan əvvəlki kimi olacaqmı? Nə qədər artım gözlənir?


Kütləvi peyvəndləmənin aparılacağı xəbəri toy sektorunda canlanmaya səbəb olub. Toy sahibləri şadlıq evlərinə gələrək öncədən növbəyə yazılıblar. Şadlıq evi işlədən sahibkarların verdiyi məlumata görə, rəsmi səviyyədə peyvəndləmə qərarından sonra zənglərin ardı-arası kəsilmir. Yəni toy sahibləri ən azından mart ayından etibarən toylara icazənin veriləcəyinə böyük ümid bəsləyirlər. Buna görə də, yer tapmaq üçün indidən növbəyə yazılırlar

Toyun qiymətlərinə gəldikdə isə, sahibkar Mahir Zeynalov deyir ki, bu, operativ qərargahın qərarından asılı olacaq. Yəni əgər toyda iştirak edəcək şəxslərin sayında ciddi azalmalar olarsa, qiymətlərin qalxması qaçılmazdır

Şadlıq evi işlədən şəxslər onu da bildirdilər ki, artıq yay aylarından etibarən aidiyyatı qurumların nümayındələri gələrək obyektin insan tutumu il bağlı məlumat toplayıblar. Toyda iştirak edəcək qonaqların say məhdudiyyətinin həmin məlumatlar əsasında aparılacağı deyilir.

DİGƏR XƏBƏRLƏR

Top