İtkin düşən daha bir zabitimizin şəhid xəbəri gəldi


Vətən müharibəsində itkin düşmüş baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun şəhid olduğu müəyyənləşib.

Yeniavaz.com xəbər verir ki, bu barədə şəhid zabitimizin yaxınları sosial şəbəkələrdə məlumat verib. 

Qeyd edək ki, Abdullazadə Həsənağa Lənkəran şəhərindəndir. Evin tək övladı olan 28 yaşlı zabitimiz 2019-cu ildə ailə həyatı qurub. O, Vətən müharibəsinə Göygöldə yerləşən N saylı hərbi hissənin Qərargah rəisinin müavini kimi qatılıb. Bundan başqa, baş leytenant Abdullazadə Murov uğrunda gedən döyüşlərdə də iştirak edib. Ailəsi sonuncu dəfə oktyabrın 1-də onunla əlaqə saxlaya bilib.

DİGƏR XƏBƏRLƏR

Top