Şəhidin həyat yoldaşı: "İmkansızlıqdan ürək qüsurlu övladımı həkimə apara bilmirəm" - FOTO


Dövlətçilik tariximizə qələbəli, zəfərli Vətən müharibəsi yazıldı. Bu möhtəşəm milli qalibiyyətdir. Hər kəsin çoxdan gözlədiyi bir  zəfərdir. Hər yeni mübarizə yeni qəhrəmanları üzə çıxarır. Sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda başlayan haqq savaşına mingəçevirli şəhid Əli Rzayev də qoşulur.
Yeniavaz.com
xəbər verir ki, şəhid həyat yoldaşı haqqında bizə danışan 20 yaşlı şəhid yoldaşı Gülü Rzayeva bildirir ki, həyat yoldaşı Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub:
"Yoldaşım kəşfiyyatçı idi, çox cəsur döyüşçü olub. Axırıncı dəfə oktyabrın 6 da mənimlə telefon əlaqəsi olub. Mənə dedi ki, Hüseyinə yaxşı baxarsan. Yoldaşımla evliliyimizin bir ili tamam olandan sonra o, cəbhəyə getdi. Hüseyn iki aylıq idi, indi 6 aylıqdır. Övladım ürək qüsurlu xəstədir. Mən imkansızlıqdan onu həkimə apara bilmirəm. Yataqxana şəritində yaşamaq bizi xəstə salıb. Yoldaşım da uşaqlıqdan imkansız olublar. Deyirdi, istəmərəm ki, oğlum da mənim kimi imkansız, şəraitsiz yerdə böyüsün. Amma buna məcburuq. Prezidentimizə minnətdarlıq bildiririk ki, o, mənim kimi həyat yoldaşını itirən qadınların qisasını aldı. İstəyirəm bircə övladımı sağlam böyüdüm ki, böyüyəndə atasının necə bir qəhrəman olduğunu bilsin. Buna da ümidim yoxdur. Vəziyyətimlə bağlı bütün informasiya portallarına, TV-lərə müraciət etdirdim, amma səsimə səs verən olmadı. Bu şəriatsiz bir otaqlı yataqxanada övladımla tək qalıram. Anam və qonşular mənə kömək edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Bu gün Müzəffər Ordumuzun sayəsində üç rəngli bayrağımız bütün torpaqlarımızda dalğalanır. İndi torpaqlarımızın azadlığı uğrunda canını əsirgəməyən bütün şəhidlərimizin ruhu şaddır. Bu da şəhid ailələrinə bir təskinlikdir.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top