Mutasiyaya uğrayan yeni virus artıq 50 ölkədə qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlama verib. Mutasiyaya uğrayan virusun ilk İngiltərədə tapıldığı deyilən açıqlamada Cənubi Afrikada tapılan başqa bir mutasiya edilmiş variantın 20 ölkəyə yayıldığı qeyd olunub.
Bundan başqa ÜST koronavirusun mutasiyaya uğramış variantının təhlükəsinin kifayət qədər ciddi qəbul edilmədiyini və bunun böyük ehtimalla araşdırma üçün məhdud laboratoriyanın olması ilə əlaqədar olduğunu vurğulayıb.