ÜST-ün ekspertləri Uhana gedib – Bu yerlərdə araşdırma aparacaqlar


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq ekspert qrupu koronavirusun mənşəyini araşdırmaq üçün Çinin Uhan şəhərinə gediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CGTN” telekanalı məlumat verib. Məlumata görə, ekspert qrupu bir ay ərzində Uhanda qalaraq virusun yayılma səbəbini araşdıracaqlar. Tədqiqatların xəstəxana və dəniz məhsullarının satıldığı bazarda aparılacağı qeyd olunub.
Qeyd edək ki, Sinqapurdan Uhana səfər edən heyət 14 günlük karantində qalacaqlar.
 
 

DİGƏR XƏBƏRLƏR

Top