Moskvada bu tarixdən etibarən məktəblər açılır


 
Rusiyanın paytaxtı Moskvada 18 yanvar tarixindən etibarən bütün məktəblər yenidən fəaliyyətə başlayacaq.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Moskva meri Sergey Sobyanin müvafiq sərəncam imzalayıb.
Eyni zamanda, Sobyanin bildirib ki, əgər koronavirusa yoluxmuş hər hansı bir məktəbli aşkarlanarsa, o halda həmin sinif təhsilini uzaqdan məsafəli davam etdirəcək.
Qeyd olunur ki, məktəblilər üçün nəqliyyat kartları bərpa edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top