İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi


Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Yeniavaz.com xəbər verir ki, Saatlı rayonu Çolpu kənd sakini 27 yaşlı əsgər Cəlal Yaqub oğlu Bayramov bu gün torpağa tapşırılacaq.

Əsgərin qardaşı Cavad Bayramov bildirib ki, Cəlal sonuncu dəfə 27 oktyabrda ailəsi ilə əlaqə saxlayıb:
“Qardaşım 1994-cü ildə Saatlı rayonunun Çoplu kəndində anadan olub. Müharibənin ilk günlərindən ön cəbhədə olub. Cəlal sentyabrın 29-da Saatlı rayonu Səfərbərlik Xidmətinin çağırışı ilə təlimə yollanıb. Təlimlər əvvəlcə Gəncə şəhərində keçirilib, daha sonra mənə verdiyi məlumata görə, onları müvafiq qruplara bölüblər. Həmin qrup halında ön cəbhəyə yollanıblar. Cəlal müharibə zamanı xidmətini Laçında davam etdirib. Sonuncu dəfə Cəlalla oktyabrın 27-də danışdıq. Öz telefonu yox idi, komandirinin telefonundan əlaqə saxlamışdı".

Allah rəhmət etsin.

DİGƏR XƏBƏRLƏR

Top