Deputatdan Mərkəzi Bank üçün tikiləcək 430 milyonluq binaya reaksiya: "Biabırçılıqdır..."


Milli Məclisin deputatı Razi Nurullayev Mərkəzi Bank üçün 430 milyon manat dəyərində yeni inzibati binanın tikilməsinə etiraz edib. 
Yeniavaz.com xəbər verir ki, o, bu barədə özünün "facebook" profilində yazıb. R. Nurullayev bildirib ki, dövlət qurumları özlərinə rahatlıq yaratmaq və xaricilərin, dünyanın gözündə öyünmək üçün büdcəni, neft pullarını küləyə sovurur, daşa-divara xərcləyir:
"Layihənin dəyəri 218 milyon avrodur, təxminən 430 milyon manat. Bu qədər cəh-cəlala nə ehtiyac var? Özümüzü dünyaya varlı göstərməklə nə varlı oluruq, nə də insanlarımıza ləyaqətli həyat verə bilirik.
Hər bir dövlət qurumu özünə rahatlıq yaratmaq və xaricilərin, dünyanın gözündə öyünmək üçün büdcəni, neft pullarını, bizim qazancımızı küləyə sovurur, daşa-divara xərcləyir. Etiraz edirəm. Biabırçılıqdır".

DİGƏR XƏBƏRLƏR

Top