Türkiyənin səhiyyə naziri canlı yayımda koronavirusa qarşı peyvənd olundu - VİDEO


Türkiyənin səhiyyə naziri Fahrettin Koca canlı yayımda yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.
Yeniavaz.com xəbər verir ki, daha sonra isə Türkiyə Səhiyyə Nazirliyinin nəzdində COVID-19-la mübarizəyə qarşı yaradılan Elm Qurumu üzvlərinə də peyvənd vurulub. COVID-19-a qarşı peyvəndlənmə şərtlərinə görə, 28 gün sonra onlar ikinci dəfə peyvənd olunacaqlar.
Qeyd edək ki, Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Coronavak” inaktiv vaksinin Türkiyədə kütləvi istifadəsini təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top