İtkin hesab edilən daha bir əsgərimizin nəşi tapıldı - VİDEO


Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu müəyyənləşib.
Yeniavaz.com
“qafqazinfo”ya istinadla xəbər verir ki, söhbət 25 yaşlı hərbi qulluqçu Mirzəyev Şirzad Mirzə oğlundan gedir. Şəhidimiz bu gün Göygöl rayonunda yerləşən Şəhidlər Xiyabınında dəfn edilib.
Ş. Mirzəyev Murov dağında, Ömər aşırımı istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Ailəli olan şəhidin 1 qız övladı var. 
Qeyd edək ki, Müdafiə Nazirliyinin itkin düşmüş hərbçilərlə bağlı yaydığı məlumatda Ş. Mirzəyevin də adı var.

DİGƏR XƏBƏRLƏR

Top