"Mən döyüşçüyəm, belə ölməliyəm" deyən və şəhid olan baş leytenant – FOTOLAR


"Polad Həşimovla birlikdə aprel döyüşlərində iştirak etdiyi üçün Genaralımızın ölümü ona çox təsir edirdi. Generalının intiqamını alaraq İkinci Fəxri xiyabanda dəfn edilib və ona qonşu olub".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri şəhid baş leytenant Seymur Hüseynoğlunun yaxınları deyir: 
“Hüseynoğlu Seymur Hüseyn oğlu 1993-cü il oktyabr ayının 20-də Naxçıvan Muxtar Respublikasının, Ordubad rayonunda dünyaya gəlib. Kiçik yaşlarından hərb sənətinə maraq göstərən Seymur əvvəlcə Naxçıvan Hərbi Liseyində, 2011-2015-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məkətəbində təhsil alıb. Əxlaqı, tərbiyəsi, mənəvi keyfiyyətləri ilə həm müəllim, həm də şagird kollektivinin sevgisini qazanıb. O, 2015-ci ildə leytenant, 2018-ci ildə isə baş leytenant rütbəsinə layiq görülüb. Seymur Hüseynoğlu 2016-cı ildə baş vermiş Aprel döyüşlərində də böyük şücaət göstərib. 
2020-ci ilin sentyabr ayında Vətən Müharibəsi başlayarkən döyüşlərə yollanıb və Hadrut, Cəbrayıl, Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Oktybar ayının 16-da Cəbrayıl rayonunda qarnından və başından snayper gülləsi ilə vurulub. 41 gün reanimasiyada qaldıqdan sonra isə şəhidlik zirvəsinə ucalıb. Noyabr ayının 26-da isə II Fəxri xiyabanda dəfn edilib.
Hər zaman ailəsinə “mən döyüşçüyəm, mən belə ölməliyəm”, - deyən Seymurun sözləri dillər əzbərinə çevrilib. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid Seymur Hüseynoğlu “Vətən uğrunda” medalı ilə təltif olunub”. 
Şəhidimiz 2015-ci ildə ailə həyatı qurub və Hüseyn adlı övladı var.
Allah rəhmət eləsin!



DİGƏR XƏBƏRLƏR

Top