Bakıda karantin qaydalarını pozan moda evi aşkarlanıb - VİDEO


Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı rayon ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən moda evi aşkarlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, 28 may küçəsində yerləşən binada fəaliyyət göstərən moda evinin sahibi D.Bağırova və dərzi kimi işləyən S.Mərdəliyeva 22-ci Polis Bölməsinə dəvət olunub.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib.

DİGƏR XƏBƏRLƏR

Top