Konqres prezidentinin kompüterini oğurlayan şəxs evində ölü tapıldı


ABŞ-da Kapitola hücum zamanı Konqres sədri Nensi Pelosinin otağından dizüstü kompüterini oğurlayan 53 yaşlı Tramp tərəfdarı evinin zirzəmisində ölü tapılıb.
Yeniavaz.com
“Dailymail”ə istinadən xəbər verir ki, Kristofer Stanton Corciyanın cəsədini həyat yoldaşı tapıb. O, şənbə günü səhər 911-ə zəng edərək səlahiyyətlilərə hər yerin qan olduğunu bildirib.
“The Fulton County” tibb personalı onun döş qəfəsindən güllə yarası aldığını və intihar edərək öldüyünü qeyd edib.
Qeyd edək ki, polis hadisəni araşdırır. Corciyanın ölüm səbəbi hələ müəyyənləşdirilməyib. Ölən şəxsin evində iki avtomatik tüfəng tapıldığı qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top