Polad Həşimovla birgə vuruşan qazi: "Haqqımda yalan məlumat yayırlar, inanmayın" – TƏFƏRRÜAT


Sosial şəbəkələrdə “YAŞAT” Fondundan Tovuz döyüşlərində yaralanmış qaziyə müalicəsi ilə bağlı vəd verildiyi halda, heç bir addım atımamasını bildirən iddialar yayılıb. Söhbət Tovuz rayon Əlibəyli kənd sakini kürəyindən qəlpə yarası alan qazimiz Nəsirov Kənan Füzuli oğlundan gedir.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən qazi K. Nəsirov bildirib ki, yayılan iddialar əsassızdır:
“Mənə gün ərzində 4-5 dəfə “”YAŞAT” Fondundan zəng vururlar. Hal-hazırda Mərdəkan Müalicə Pansionatında reabilitasiya müalicəsi alıram. Bundan sonra isə daha 20 gün Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunda(MİTRİ) müalicə olunacağam. Mənim özüm şəxsən “Medera” hospitalın həkimləri ilə danışmışam və bildiriblər ki, “YAŞAT” Fondu müalicəmi öz üzərinə götürüb. Fondun əməkdaşları həmin hospitalda məni müalicə edən Ramazan həkimlə belə danışıblar. Haqqımda sosial şəbəkələrdə yalan məlumatlar yayırlar, inanmayın”.
Qazimiz bildirib ki, Polad Həşimovla çiyin-çiyinə vuruşub:
“Mən Polad Həşimovla birgə vuruşmuşam, o şəhid olub, mən yaralanmışam”.

DİGƏR XƏBƏRLƏR

Top