Azərbaycanda orta aylıq əmək haqqı 1 manat azaldı - RƏSMİ


Ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 703 manat 50 qəpik olub.
Yeniavaz.com
açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövrlə müqayisədə 1 manat azalıb. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 704 manat 50 qəpik olub.
Açıqlanan məlumatda qeyd olunur ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top