Həm Aprel döyüşlərində, həm də Vətən Müharibəsində döyüşən igid – FOTOLAR


Vətən Müharibəsinin aktiv iştirakçılarından Abbasov Ədalət Əvəz oğlu həm də, Aprel döyüşlərində Lələtəpə uğrunda gedən mübarizədə də iştirak edib.
Yeniavaz.com
-a A. Ədalət haqqında məlumat verən yaxınları bildiriblər ki, o, 1997-ci ildə Samux rayonunun Sərkar kəndində anadan olub:
“Evin tək oğludur, bir bacı, bir qardaş. Hərbi xidmətdə olarkən Aprel döyüşlərində Lələtəpə istiqamətində döyüşüb. Hərbi xitmətdən döndükdən bir neçə il sonra MAXE kimi yenidən hərbiyə qayıdıb. Vətən Müharibəsinin ilk günlərindən etibarən döyüşlərə girib. Murovdağ və Kəlbəcər istiqamətində gedən döyüşlərdə başından və ayağından qəlpə yarası alaraq yaralanıb. Sağalar-sağalmaz yenidən cəbhəyə qayıdıb və xidmətini davam etdirib. Hal-hazırda da xidmətdədir.



DİGƏR XƏBƏRLƏR

Top