Vətən Müharibəsində Mingəçevir 50 şəhid verib - FOTO


Mingəçevirdə Şəhidlər xiyabanı abadlaşır.

Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğul və qızlarımız döyüşlərdə mənfur düşmənə ağır zərbə vurmaqla, layiqli dərs verməklə təkcə qəhrəmanlıq salnaməsinə adlarını yazmadılar, eyni zamanda Vətənin bölünməzliyinə imza atdılar.
Belə oğulların uyuduqları yer də onların adına layiq olmalıdır. 44 günlük müharibə nəticəsində torpaqlarımızın müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladları hər zaman qəlbimizdə yaşayacaqdır. Onların uyuduğu and yerimiz olan şəhidlər xiyabanıdır. İkinci Qarabağ savaşında 50 mingəçevirli də vətənimizin bütövlüyü uğrunda silaha sarılaraq öz vətəndaşlıq borclarını yerinə yetirərək şəhidliyə ucaldılar. Bu gün onların uyuduğu şəhidlər xiyabanında quruculuq-abadlıq işləri aparılır. Bu vətənpərvər oğulların qəbirlərinin 20 Yanvar ümumxalq hüzn gününə kimi abadlaşıdırılıb başa çatdırılması üçün xiyabanda işlər aparılır. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aparılan işlərlə yaxından tanış olmaq üçün şəhidlər xiyabanında olub. O, hər bir şəhid məzarının qəbirləri ilə maraqlanıb, aparılan işlərə nəzarət edib. Xiyabanda övladlarını ziyarət edən şəhid ailələri də görülən bu işlərdən razılıqlarını bildirərək qeyd ediblər ki, bizim balalarımızın uyuduğu bu məkan abadlaşır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan soydaşlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə Mingəçevir şəhərində salınmış Şəhidlər xiyabanında abadlıq işlərinə başlanılıb.
Bunu Yeniavaz.com-a icra başçısı bildirib. Qeyd edib ki, xiyabanda ağac və gül kolları əkililir, çəmənlik salınması da diqqət mərkəzindədir. Bu vətənpərvər oğulların qəbirlərinin 20 Yanvar ümumxalq hüzn gününə kimi abadlaşıdırılıb başa çatdırılması üçün görülən işlər sürətlə aparılır. İcra başçısı görülən işlərə baxış keçirdikdən sonra öz tapşırıq və tövsiyyələrini də verib.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top