"Telegram" sosial platformada liderlik edir


Yanvar ayının ilk həftəsində "Telegram" kanalının aktiv istifadəçilərinin sayı 500 milyonu ötüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə platformanın qurucusu Pavel Durov “Telegram” kanalında məlumat yayıb.  
O bildirib ki, tək son 72 saatda “Telegram”a 25 milyon yeni istifadəçi qoşulub. Belə ki, bunların 38 faizi Asiyanın, 27 faizi Avropanın, 21 faizi Latın Amerikasının, 8 faizi isə Yaxın Şərq və Şimali Afrika ölkələrinin payına düşür.
Durov, bu xidmətdən hər gün 1, 5 milyon insan yararlandığını bildirib. Gizlilik məsələsinə də toxunan qurucu “Telegram”ın insanların gizliliklərini və təhlükəsizliklərini təmin edəcəyini vurğulayıb.
Qeyd edək ki, “Whatsapp”ın verdiyi son qərardan sonra tətbiq mağazasında hazırda birinci yeri tutan “Telegram”ı, “Signal” və “BİP” izləyir.  
“Signal” paltformasında Elon Maskın tövsiyəsindən sonra 2 gündə 100 min yüklənmə, son 24 saatda “BİP” platformasında isə 1 milyondan çox yüklənmə olub.

DİGƏR XƏBƏRLƏR

Top