Azərbaycanlı iki siyasətçidən 500 000 avro rüşvət alan italiyalı deputat həbs olundu


İtaliyanın Milan məhkəməsinin qərarı ilə korrupsiyada ittiham olunan Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü Luka Volonte 4 il həbs cəzasına məhkum edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı İtaliyanın “La Repubblica” nəşri yayıb.
Məlumatda bildirilir ki, Milan məhkəməsi Volonteni Azərbaycandan olan iki siyasətçidən yarım milyon avro rüşvət almaqda günahkar hesab edib. Məhkəməyə görə, Volonte bu məbləği AŞPA-nın 2013-cü ildə Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabatının qəbul edilməsinə mane olmaq üçün alıb. Volontenin bu məbləği məsləhət xidmətləri haqqı kimi rəsmiləşdirib. Volontenin təxminən 2,4 milyon avro aldığı, ancaq bu məbləğin yalnız yarım milyonu sübut edilib.

DİGƏR XƏBƏRLƏR

Top