Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyaya daxil olan müraciətlər açıqlanıb


Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə yaradılmış komissiyaya əsasən hansı müraciətlərin daxil olduğu açıqlanıb.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov məlumat verib.
O bildirib ki, sistemli şəkildə müraciətlər yoxdur: “Lakin daha çox müraciətlər medallarla, hərbi biletlərdə müvafiq qeydiyyatların aparılması ilə bağlıdır. Komissiyanın üzvləri də bununla bağlı qeydiyyatları aparırlar və lazımı köməkliklər də edirlər”.

DİGƏR XƏBƏRLƏR

Top