2020-ci ildə Azərbaycan iqtisadiyyatı - Aprel ayından yalnız azalma qeydə alınıb - RƏSMİ STATİSTİKA


Yola saldığımız 2020-ci ildə Azərbaycan iqtisadiyyatında 72 milyard 432,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3% az Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com açqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda 50 milyard 792,5 milyon manatlıq ÜDM istehsal olunub və 2019-cu illə müqayisədə 2,6% azalıb.
Məlumat üçün bildirək ki, əvvəlki dövrlə müqayisədə ötən il ərzində iqtisadiyyatın qeyri neft-qaz sektorunda ilk 3 ay artım, sonrakı aylarda isə azalma qeydə alınıb:
Yanvar – 4,9% artım
Yanvar – fevral – 6,7 % artım
Yanvar – mart – 3,5 % artım
Yanvar – aprel – 0,8 % azalma
Yanvar – may – 2,1 % azalma
Yanvar – iyun – 2,5 % azalma
Yanvar – iyul – 1,6 % azalma
Yanvar – avqust – 1,7 % azalma
Yanvar – sentyabr – 2,4 % azalma
Yanvar – oktyabr – 2,3 % azalma
Yanvar – noyabr – 2,9 % azalma
Yanvar – dekabr – 2,6 % azalma

Onu da bildirək ki, bundan əvvəl isə iqtisadiyyatın qeyri neft-qaz sektorunda sonuncu dəfə 2016-cı ildə azalma qeydə alınıb. 2016-cı ildən sonra qeyri neft-qaz sektorunda ÜDM istehsalı heç vaxt azalmayıb.
Onu da bildirək ki, koronavirus səbəbindən mart ayının 26-dan etibarən ölkə ərazisində  məhdudiyyətlər tətbiq olunur. Bu səbəbdən də aprel ayından sonra bir-sıra sahələrdə müəssisələrin fəaliyyətinə qadağalar qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top