Bu gün Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının görüşü olacaq


Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də bildirib. 

"Səfər çərçivəsində Azərbaycan - Pakistan - Türkiyə  XİN başçılarının ikinci üçtərəfli görüşü və həmçinin Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək", Leyla Abdullayeva qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top