Türkiyədə son sutkada 171 nəfər koronavirusdan ölüb


Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 171 nəfər ölüb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib. 
O qeyd edib ki, son 24 saatda  9 809 nəfər  COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 10 013, ağır xəstələr isə 2 701 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 346 285  nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 2 1218 464 nəfər sağalıb, 23 152 nəfər isə ölüb.

DİGƏR XƏBƏRLƏR

Top