Beyrut partlayışı ilə əlaqədar 2 Rusiya, 1 Portuqaliya vətəndaşı axtarışa verildi - ADLAR


İnterpol Beyrut limanında təxminən 200 nəfərin ölümü ilə nəticələnən partlayış hadisəsi ilə əlaqədar iki Rusiya vətəndaşı və bir portuqaliyalını axtarışa verdi.
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, İnterpol axtarılanların adlarını çəkməsə də həmin şəxslərin limana 2275 ton ammonium nitrat gətirən gəminin keçmiş kapitanı Boris Prokoşev və yük gəmisinin sahibi, Kiprdə yaşayan rus iş adamı İqor Qreşuşkinin olduğu iddia edilir. Portuqaliyalı şəxsin isə nitrat ticarəti ilə məşğul olab Jorge Manuel Neto Moreira olduğu bildirilir. 
Qeyd edək ki, 4 avqust 2020-ci ildə Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində təxminən 200 nəfər dünyasını dəyişdi, 6 minə yaxın insane isə zərər görüb.

DİGƏR XƏBƏRLƏR

Top