"The Economist" jurnalı: 1 dollar 68 qəpik olmalıdır…


Böyük Britaniyanın "The Economist" jurnalı tərəfindən 1986-cı ildən etibarən tərtib edilir məşhur "Biq Mak" indeksinin növbəti nəticəsi açıqlanıb.
Yeniavaz.com
xəbər verir açıqlanan yeni "Biq Maq" indeksinə görə, manatın dollar qarşısındakı real dəyəri 68 qəpik səviyyəsində olmalıdır.
Məlumat üçün bildirək ki, "The Economist" jurnalı "Biq Maq" indeksini ABŞ-ın "McDonalds" şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur "Biq Mak" adlı hamburgerinin qiyməti əsasında hazırlanır.
"The Economist" jurnalının rəhbərliyi bu qənaətdədir ki, bütün dünyada hamburgerin istehsalına çəkilən xərclər bir-biridən fərqlənmir və buna görə də "Biq Mak"ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında valyutanın dəyərini öyrənmək olar. Bunun üçün müqayisə bazası kimi ABŞ-da satılan "Biq Mak"ın qiyməti götürülür. Əgər hər hansı ölkədə "Biq Mak"ın qiyməti bu həddən yüksəkdirsə, deməli, həmin ölkənin valyutasının dəyəri süni şəkildə şişirdilib. Yəni bu ölkənin valyutasının məzənnəsi əslində aşağı olmalıdır. Əgər ölkədəki "Biq Mak" ABŞ-dakı qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır və bu ölkədə dollar ucuzlaşdırılmalıdır.
Məlumat üçün bildirək ki, Azərbaycanda fəaliyyət göstərən "McDonalds" restoranlarında satılan "Biq Mak" hamburgerinin qiyməti hazırda 3 manat 95 qəpiyə bərabərdir. Mövcud məzənnə ilə hesabladığımız zaman deməli "Biq Mak" hamburgeri 2,32 dollara satılır. "The Economist" jurnalının açıqladığı sonuncu "Biq Mak" indeksinə görə ABŞ-da hamburgerin qiyməti 5,71 dollardır. Buradan belə görünür ki, Azərbaycanda hamburger ABŞ-la müqayisədə 2,5 dəfə ucuzdur. Bu həm də o deməkdir ki, dolların manat qarşısındakı mövcud məzənnəsi (1,7AZN/$) 2,5 dəfə "şişirdilib". "Biq Maq" indeksinə əsasən hesablama aparsaq o zaman, dolların real məzənnəsi 68 qəpik olmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top