Son 10 ildə "Facebook" istifadəçilərin sayı 5 dəfə artıb


Son 10 il ərzində "Facebook" sosial şəbəkəsində istifadəçilərin sayı 5 dəfə artıb. 
Yeniavaz.com
məşhur “Statista” portalının açıqladığı məlumatlara istinadən bildirir ki, 2010-cu ilin 3-cü rübününü yekunlarında 550 milyon istifadəçisi olan "Facebook"un ötən ilin 3-cü rübününü yekunlarında 2 milyard 740 milyon istifadəçisi olub.
Ötən ilin əvvəlindən keçən 9 ay ərzində "Facebook" istifadəçilərinin sayı 242 milyon artıb. 
"Facebook" istifadəçilərinin sayı ilk dəfə 2012-ci ilin 3-cü rübü ərzində bir milyardı keçib.
Məlumat üçün bildirək ki, “Facebook” dünyanın ən böyük sosial şəbəkəsidir və son məlumatlara görə hər ay 3,14 milyard insan şirkətin ən azı bir məhsulundan (“Facebook”, “WhatsApp”, “Instagram” və ya “Messenger”) istifadə edir.

DİGƏR XƏBƏRLƏR

Top