Qazaxıstanın hakim partiyası parlament seçkilərində qalib gəldi


Qazaxıstanın hakim partiyası "Nur Otan" ("Vətən İşığı") 10 yanvarda keçirilmiş seçkilərdə səslərin 71, 09 faizini qazanıb.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Konstantin Petrov məlumat verib. Seçkilərdə 3 partiya nəzərdə tutulmuş 7 faizlik keçid bariyerini aşa bilib.
Seçkinin nəticələrinə əsasən “Nur Otan” partiyası, 71,09 faiz, “Ak jol” 10,95 faiz və Qazaxıstanın Xalq Partiyası isə 9,10 faiz səs toplayıb.
Qeyd edilir ki, hakim “Nur Otan” partiyası təyin olunan 98 deputat yerindən 76, “Ak Jol” 12, Qazaxıstanın Xalq Partiyası isə 10 mandat alacaq.

DİGƏR XƏBƏRLƏR

Top