ABŞ-ın Maliyyə naziri olacağı gözlənilən Canet Yellenin mətbuat katibinin türkəsilli Didem Nişancı olacağı bildirilib.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı “Bloomberg” agentliyi yayıb.
“Bloomberg LP”-nin ictimai siyasət şöbəsinin müdiri işləyən Nişancıya sözügedən vəzifə üçün təklif gəldiyi və onun bu vəzifəni qəbul etdiyi deyilir.
Nişancının adının nazirlik tərəfindən təsdiqlənməsindən sonra onun yeni vəzifəsinə başlaya biləcəyi deyilir.
Didem Nişancı əvvəllər ABŞ-ın keçmiş prezidenti Barak Obamanın rəhbərliyi altında ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasında şəxsi katib vəzifəsində çalışıb.
ABŞ Senatının bank komitəsində, eyni zamanda 1998-2001-ci illər arasında Maliyyə Nazirliyində də işləyib.