Rusiyada bir qadının test nəticələri 6 ay müsbət çıxdı – Səbəbi həkimləri belə təəccübləndirdi


Rusiyada aprel ayında koronavirusa yoluxan bir qadının test nəticələri sentyabr ayına qədər davamlı olaraq müsbət çıxıb.
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, rusiyalı həkimlər koronavirusa yoluxan həmin qadında baş verən qeyri-adi halı araşdırıblar. Müayinələr zamanı məlum olub ki, koronavirus qadının bədənində 6 ay ərzində 18 dəfə mutasiyaya uğrayıb qalıb. Hər dəfə yeni bir forma alan koronavirus orqanizmdə özünü müxtəlif şəkillərdə biruzə verib. 
Sibir Federal Universitetinin professoru konstantin Krutovski bir orqanizmdə koronavirusun uzun müddət mutasiyə keçirərək qala bilməsinin sübut edildiyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top