Avropa İttiqfaqı İrana çağırış edib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, İranın uranı 20 faizə qədər zənginləşdirmək qərarı Avropa İttifaqının reaksiyasına səbəb olub. Aİ İranın yeraltı nüvə mərkəzində uranı zənginləşdirmə prosesinin başlatmasını ciddi narahatlıq doğuran hadisələrin inkişafı adlandırdı:
“İranın bu addımları nüvə mərkəzi ilə bağlı razılıqlara uyğun gəlmir və ciddi nəticələrə səbəb ola bilər. İran uranı daha da gərginləşdirməkdən dərhal çəkinməlidir. Onları bu qərardan çəkinməyə çağırırıq”.
Qeyd edək ki, İran hökuməti nüvə alimi Möhsün Fəxrizadənin sui-qəsd nəticəsində öldürülməsindən sonra uranı 20 faizə qədər zənginləşdirmək və nüvə silahlarıının hazırlanması prosesini sürətləndirmək barədə qərar aldıqlarını açıqlamışdı.