Baş prokuror həbs edilən sabiq İcra başçısının oğlunu yenidən vəzifəyə təyin etdi - FOTO


Baş prokuror Vilyam Hacıyevin oğlunu yenidən vəzifəyə təyin etdi

Baş Prokurorluq İmişli Rayon İcra Hakimiyyətinin həbs edilən sabiq başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin yenidən vəzifəyə təyin edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən report-un sorğusuna cavab olaraq bildirilib ki, Baş prokurorun əmri ilə sərəncamda olan Məhəmməd Hacıyev Qubadlı rayon prokurorluğunun müstəntiqi təyin olunub.

Xatırladaq ki, ötən il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyev mayın 6-da V.Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Daha sonra Baş prokuror Kamran Əliyev müvafiq əmrinə əsasən, Məhəmməd Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunub.

 

DİGƏR XƏBƏRLƏR

Top