Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli İşçi Qrupu yaradılır - İlk iclas bu tarixdə keçiriləcək...


Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün Moskvada üçtərəfli görüş keçirilib.  
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında birgə bəyanat imzalanıb.

Bəyanatda deyilir ki, Dağlıq Qarabağ üzrə üçtərəfli işçi qrupunun ilk iclası yanvarın 30-dan əvvəl baş tutacaq və nəticələrinə əsasən əsas iş sahələrinin siyahısı müəyyən olunacaq. 

Prioritetin dəmir yolu və avtomobil kommunikasiyalarına verildiyi qeyd edilib.

Bəyanatda bildirilir ki, Qarabağla bağlı işçi qrup üç ölkənin liderlərinə bölgədə nəqliyyatın inkişafı üçün tədbirlərin həyata keçirilməsinin cədvəlini martın 1-dək təqdim edəcək.

 

 

DİGƏR XƏBƏRLƏR

Top