Vladimir Putin və İlham Əliyev arasında təkbətək görüş olub


Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün Moskvada keçirilən üçtərəfli görüşdən sonra Vladimir Putinlə İlham Əliyev arasında təkbətək görüş olub. 
Yeniavaz.com TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Cənubi Qafqazdakı nizamlanmanın Moskva ilə Bakı arasındakı münasibətləri daha da yaxınlaşdıracağına inandığını bildirib: "Ümid edirəm ki, ümumilikdə Cənubi Qafqazdakı vəziyyətin həlli üzərində işləmək ikitərəfli münasibətlərimizə fayda gətirəcək. Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bu, hər şeydən əvvəl iqtisadi komponentə aiddir". 

Rusiya Prezidenti İlham Əliyevə Moskvaya səfəri üçün təşəkkür etdi: "Hərbi əməliyyatları və qan tökməyi dayandırmağı bacardığımızdan məmnun olduğumu bildirmək istəyirəm. Bu gün vəziyyəti uzun müddətə həll etmək istəyinə əsaslanan ortaq bir bəyanat imzalamağımız son dərəcə vacibdir".
 

 

DİGƏR XƏBƏRLƏR

Top