Çeçenistan prezidenti Ramzan Kadırovu tənqid edən bloggeri öldüməyə çalışan cinayətkar İsveçdə həbs edilib.
Yeniavaz.com “Lenta.ru”ya istinadla xəbər verir ki, şübhəli Ruslan Mamayev İsveçdə 10 il, ortağı Elmira Şapiyayeva 8 il azadlıqdan məhrum edilib. Həmin şəxslər rusiyalı bloger Tumso Abdurahmanova qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilirlər. Aparılan istintaq zamanı məlum olub ki, blogerə Çeçenistan lideri Ramzan Kadırovu həmçinin, atası və keçmiş prezident Əhməd Kadırovu tənqid etdiyi üçün sui-qəsd təşkil edilib. Məhkəmə zamanı prokuror Per Lindqvist "istintaqın bütün izləri Qroznıya işarə edir" dedi. Cinayətkarların sui-qəsdə hazırlaşdıqları, Moskvada və Qroznıda görüşlər apardıqları da müəyyən edilib. Blogerin qətlinə görə cinayətkarlara 60 min avro təklif edildiyi də məlum olub.
Qeyd edək ki, bloger Tumso Abdurahmanova hücum 2020-ci ilin fevralında ortaya çıxdı. Cinayətkarın özünü polis məmuru kimi təqdim edərək və blogerin yaşadığı mənzilə girdiyi məlum olub. O, daha sonra Abdurahmanovu çəkiclə öldürməyə cəhd edib. Zərərçəkən təcili xəstəxanaya yerləşdirilib.