Türkiyə məhkəməsi Adnan Oktara 1075 il həbs cəzası verdi


Adı bir sıra cinayət maddələrində hallanan Adnan Oktar üçün məhkəmə qərarı bəlli olub.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, İstanbul məhkəməsi bir sıra maddələrlə ittiham olunan Adnan Oktarı 1075 il müddətinə həbs cəzasına məhkum edib.
Xatırladaq ki, Türkiyədə özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar və xeyli sayda tərəfdarı ötən ilin iyul ayında hüquq-mühafizə orqanlarının apardığı əməliyyat zamanı saxlanılıb. Onlar çirkli pulların yuyulması, insanları təhdid və şantaj etməkdə ittiham olunur. İttihamlar arasında ən diqqət çəkən məqamın isə siyasi və hərbi casusluq olduğu görülür.
Qeyd edək ki, 1999-cu ildə də Adnan Oktarın İstanbuldakı evinə basqın edilərək 75 müridi ilə birlikdə həbs olunmuşdu. Oktarla birlikdə bu işə müxtəlif həbs cəzaları alan 236 nəfər də cəlb edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top