Rusiya prezidenti Vladimir Putin Moskavada keçirilən üçtərəfli görüş zamanı Qarabağda vəziyyətin sakit olduğunu bildirib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı Qarabağ məsələsinin həlli istiqamətində yeni addımları müzakirə etməyə çağırıb.
Putin çıxışı zamanı həmçinin bildirib ki, Qarabağla bağlı razılaşmalar ardıcıl olaraq həyata keçirilir və iqtisadi məsələlər də öz həllini tapacaq.