Daha bir ölkə Çin istehsalı olan COVID-19 vaksinini təsdiqlədi


Çinə məxsus "Sinovac Biotech" əczaçılıq firmasının istehsal etdiyi koronavirus əleyhinə “CoronaVac” peyvəndi daha bir ölkədə istifadə olunacaq.
Yeniavaz.com
xəbər verir ki, İndoneziya Çin istehsalı vaksinin istifadəsini təsdiqləyib. Bu barədə məlumatı Qida və Dərman Agentliyi (BPOM) verib. İndoneziya peyvəndin 3-cü mərhələsində iştirak edib. “CoronaVac” peyvəndi ölkədə tətbiq olunan ilk peyvənd olacaq. 
Bu günə kimi ölkə, "CoronaVac" peyvəndindən ümumilikdə 3 milyon doza ilə təmin edilib.
Qeyd edək ki, son klinik tədqiqatlar "CoronaVac" peyvəndinin 65,3 faiz təsirli olduğunu ortaya çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top