Yaponiyada insanların 80 faizi olimpiadaların ləğv edilməsini istəyir


Yaponiyada Tokyo Olimpiadaları və Paralimpiya Oyunlarının keçirilib-keçirilməməsi ilə bağlı “Kiodo” agentliyi sorğu keçirib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, sorğu təsadüfi seçilmiş 700-dən çox seçici və 1200-dən çox mobil nömrə sahibləri arasında telefon vasitəsilə aparılıb. 
Aparılan sorğuya görə, iştirakçıların təxminən 80 faizi, iyul ayında keçirilməsi planlaşdırılan Tokyo Olimpiadaları və Paralimpiya Oyunlarının ləğv edilməli və ya vaxtının uzadılmalı olduğunu bildirib.
Sorğu iştirakçılarından 35,3 faizi oyunların ləğvi, 44,8 faizi isə vaxtının uzadılması üçün səs verib.

DİGƏR XƏBƏRLƏR

Top