
Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvarsnegger, ölkədəki xaos və ötən günlərdə konqresə edilmiş hücumla əlaqəli uzun bir video hazırlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 73 yaşlı aktyor gördükləri və yaşadıqlarından bəhs edərək Konqres binasına hücum edənləri nasistlərə bənzədib. Dünya şöhrətli aktyor, ABŞ prezidentini sözügedən videoda uduzmuş lider adlandıraraq onun tarixə pis lider kimi düşəcəyini bildirib. Məsələnin isə tezliklə köhnə bir tvit kimi əhəmiyyətsiz olacağını deyib.