Ermənistan müxalifəti Paşinyanın Moskvaya uçmasına mane olmağa çalışdı


Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək üçtərəfli görüşdə iştirak etmək üçün Moskvaya səfər edib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, səfər zamanı erməni müxalifəti Paşinyanın Moskvaya getməsinə mane olmaq üçün hava limanı yolunu bağlamağa cəhd ediblər.
Ermənistan hökumətinin mətbuat xidməti isə baş nazirin artıq Moskvaya uçduğunu bildirib.
Qeyd edək ki, Kremlin mətbuat xidməti bu gün Moskavada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olacağını açıqlamışdı. 
Rusiya Prezidentinin təşəbbüsü ilə keçiriləcək görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində atılacaq addımlar müzakirə ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top