Ermənistan prezidenti hakimiyyəti növbədənkənar seçkilərə çağırdı


Ermənistan preizdenti Armen Sarkisyan hakimiyyəti növbədənkənar seçkilərə çağırıb. 
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Armen Sarkisyan yazdığı məqalədə mövcud hakimiyyətin ölkəni idarə edə bilmədiyini, idarəetmə formasının dəyişməsinin vacib olduğunu deyib:
Hazırkı vəziyyətdə prezident sadəcə simvolik bir hal daşıyır. Bu proses dəyişilməlidir. Ermənistan bu gün dərin bir siyasi, iqtisadi, sosial və psixoloji böhranın içindədir. Vətəndaşlar böhranı aradan qaldırmaq üçün konkret və vaxtında tədbirlərin qəbul edilməsini Milli Məclisin deputatlarından, hökumətdən və seçdikləri baş nazirdən tələb etmək üçün tam haqqı var. Hakimiyyət təcili olaraq növbədənkənar seçkilərə getməlidir”.
Qeyd edək ki, Armen Sarkisyan bundan əvvəl də baş nazir Nikol Paşinyanı istefa verməyə çağırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top