Gürcüstanda hakim partiyanın sədri istefa verdi


Gürcüstanda hakim Gürcü Arzusu partiyasının lideri və qurucusu Bidzina İvanişvili istefa verib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, İvanişvili siyasətdən birdəfəlik ayrıldığını bildirib:
“Partiyanı birdəfəlik tərk etmək və hakimiyyətdən tamamilə istefa etmək qərarı verdim. Həm partiyanın sədri vəzifəsindən, həm də partiyanın özündən ayrılıram və 2011-ci ilə qədər olduğu kimi adi həyata qayıdıram”.
Bidzina İvanişvili istefa qərarının əsas səbəblərindən birinin də yaş olduğunu deyib. Fevral ayında 65 yaşı bitəcək milyarder Bidzina İvanişvili yerinə gələcək şəxsin onun qabiliyyət və bacarıqlarını lazımi səviyyədə əvəz edə biləcəyini deyib.

DİGƏR XƏBƏRLƏR

Top