Hindistan S-400-ün istifadəsi üçün hərəkətə keçdi


Bir qrup hindistanlı mütəxəssis və hərbçilər Rusiyaya göndərilib. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, 100 nəfər hindistanlı hərbçilərdən ibarət qrup S-400 zenit raket komplekslərinin istismarı və döyüş istifadəsi üzrə təlim keçmək üçün yanvarın sonunda Rusiyaya yola düşəcək. Bu barədə bazar ertəsi Hindistan Müdafiə Nazirliyi məlumat yayıb. Bir neçə aydan sonra ikinci qrup eyni məqsədlə Rusiyaya gedəcək. S-400 hava hücumundan müdafiə sisteminin ilk hissəsi Hindistan Silahlı Qüvvələri tərəfindən 2021-ci ilin sonunda və ya 2022-ci ilin əvvəlində qəbul edilməsi planlaşdırılır. S-400-lərin tədarükü ilə bağlı Rusiya ilə müqavilə 2025-ci ilə qədər başa çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top