Əfqanıstandakı hava hücumunda ölənlərin sayı 18 nəfərə çatdı


Əfqanıstanın Nimroz əyalətində bazar günü hava hücumu zamanı ən az 18 nəfərin öldüyü bildirilir.
Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın əyalət məclisinin başçısı Baz Məhəmməd Nasir açıqlama verib. Onun sözlərinə görə, ölənlər arasında səkkiz uşaq, yeddi qadın və üç kişi var.
Məlumatda göstərilir ki, hadisə nəticəsində ölənlərin yaxınları hökumətin məsələyə ədalətli davranması üçün cəsədləri vilayətin mərkəzi Zaranj şəhərinə aparıblar.
Qeyd edək ki, bundan əvvəl ölənlərin sayı 12 nəfər göstərilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top