“Whatsapp” narazılığa səbəb olan qərara aydınlıq gətirdi


“Whatsapp” kütləvi narazılığa səbəb olan qərarla bağlı açıqlama verib.
Yeniavaz.com
“sözcü”yə istinadla xəbər verir ki, “Whatsapp”dan verilən son açıqlamada yeni qərarların təhlükəli olmadığı və məlumatların digər tətbiqetmələrlə paylaşılmayacağı vurğulanıb:
“Yeni qərar “facebook”la məlumat mübadiləsi prosesini dəyişdirmir. Dünyanın harasında olsanız ailə və ya yaxınlarınızla şəxsi yazışlamalarınızın təhlükəsizliyinə təsir etmir. Bütün mesajlaşmalar başdan-başa şifrələmə ilə qorunur. Fotolarınızın, videolarınızın, səs qeydlərinizin, mesajlarınızın siz və qarşı tərəfdən başqa üçüncü şəxs tərəfindən görülməsi mümkün deyil. “Whatsapp” və ya “facebook” belə bu məlumatları görə bilməz. Sadəcə, şəffaflığı artırmaq və ticarət obyektlərinin öz müştəriləri ilə ünsiyyətə keçə bilməsi üçün gizlilik siyasətimizi yeniləyirik”.

DİGƏR XƏBƏRLƏR

Top